Qala-Şüvalan yolunda piyada keçidləri rənglənəcək

Qala-Şüvalan yolunda piyada keçidləri rənglənəcək Eyni tədbir daha bir neçə ərazidə aparılacaq
İnfrastruktur
21 Aprel , 2017 11:27
Qala-Şüvalan yolunda piyada keçidləri rənglənəcək
Report

Bakı. 21 aprel. REPORT.AZ/ Bakıda avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri ilə əlaqədar olaraq Xəzər rayonu, Qala-Şüvalan yolunda (“Azal Arena”nın yolu) müvafiq işlər aparılır.

“Azəravtoyol” ASC-dən "Report"a daxil olan məlumata görə, rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq.

"Analoji işlər bu axşam 22:00-dan etibarən Moskva prospekti, Biləcəri dairəsində, həmçinin Nəsimi rayonu, A.Bakıxanov və Ceyhun Hacıbəyli küçələrində (A.Bakıxanov küçəsindən Hənifə Ələsgərova küçəsinədək) də aparılacaq. Burada işlər səhər saatlarınadək yekunlaşdırılacaq.

""Azəravtoyol” sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını və sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etməyi tövsiyə edir", - deyə məlumatda qeyd edilib.

Son xəbərlər

Orphus sistemi