Prezident İlham Əliyev Qobustanda yol tikintisinə 6,4 milyon manat ayırıb

Prezident İlham Əliyev Qobustanda yol tikintisinə 6,4 milyon manat ayırıb Bakı. 23 oktyabr. REPORT.AZ/ Prezident İlham Əliyev Qobustan rayonunun Qobustan-Poladlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
İnfrastruktur
23 Oktyabr , 2018 18:27
Prezident İlham Əliyev Qobustanda yol tikintisinə 6,4 milyon manat ayırıb

Bakı. 23 oktyabr. REPORT.AZ/ Prezident İlham Əliyev Qobustan rayonunun Qobustan-Poladlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncamla beş min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Qobustan-Poladlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 6,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Son xəbərlər

Orphus sistemi