Prezident İlham Əliyev Daşkəsəndə yol tikintisinə 13,3 milyon manat ayırıb

Prezident İlham Əliyev Daşkəsəndə yol tikintisinə 13,3 milyon manat ayırıb Bakı. 24 oktyabr. REPORT.AZ/ Prezident İlham Əliyev Daşkəsən rayonunun Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
İnfrastruktur
24 Oktyabr , 2018 18:04
Prezident İlham Əliyev Daşkəsəndə yol tikintisinə 13,3 milyon manat ayırıb

Bakı. 24 oktyabr. REPORT.AZ/ Prezident İlham Əliyev Daşkəsən rayonunun Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncamla üç min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 13,3 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Son xəbərlər

Orphus sistemi