Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
Prezident İlham Əliyev Siyəzəndə avtomobil yolunun tikintisinə 3 milyon manat ayırıb
İnfrastruktur
9 Sentyabr , 2014
09:15
https://static.report.az/photo/0debef6c-2742-4d30-8782-f3cc5761e096.jpg
Bakı. 9 sentyabr. REPORT.AZ/ Azərbaycan prezidenti ilham Əliyev “Siyəzən rayonunun Siyəzən-Böyük Həmyə-Balaca Həmyə-Çəndəhar avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Report xəbər verir ki, sərəncamla 28 min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Siyəzən-Böyük Həmyə-Balaca Həmyə-Çəndəhar avtomobil yolunun tikintisi məqsədi ilə 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Siyəzən Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3 milyon manat ayrılıb.