Prezident ​“Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin fəaliyyəti ilə tanış olub

Prezident ​“Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin fəaliyyəti ilə tanış olub Yanvarın 1-dək müəssisədə 8 modeldə 6294 traktor, 134 xüsusi təyinatlı traktor yığılaraq təhvil verilib
İnfrastruktur
17 Fevral , 2016 14:17
Prezident ​“Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin fəaliyyəti ilə tanış olub

Bakı. 17 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin fəaliyyəti ilə tanış olub. “Report”un xəbərinə görə, məlumat verilib ki, zavod 2004-cü ilin dekabrından fəaliyyətə başlayıb. 2007-ci ilin martınadək müəssisədə OKA, UAZ, ÇAN-QAN markalı avtomobillərın yığımı həyata keçirilib. 2007-ci ilin martından etibarən Belarusun Minsk avtomobil və traktor zavodları ilə bağlanmış müqaviləyə əsasən Gəncə avtomobil zavodunda yeni yığım xətləri quraşdırılıb, müxtəlif markalı traktor və MAZ avtomobillərinin istehsalına başlanılıb. 2016-cı il yanvarın 1-dək müəssisədə 8 modeldə 6294 traktor, 134 xüsusi təyinatlı traktor yığılaraq təhvil verilib. Bu texnikalardan 5737-i dövlət sifarişi əsasında “Aqrolizinq” ASC-yə, qalan 497-i isə fermerlərə və iş adamlarına satılıb. Həmin müddətədək 8 modeldə, müxtəlif modifikasiyalarda 2578 MAZ avtomobili yığılaraq istifadəyə verilib.

Bildirilib ki, “Addım-addım yeni uğurlara doğru irəli” devizi ilə çalışan “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi dövlət başçısının diqqət və qayğısını daim hiss edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev müəssisənin işini müsbət qiymətləndirib, 2014-cü ildə Azərbaycanda maşınqayırma sənayesinin inkişafında xidmətlərinə görə birliyin bir sıra əməkdaşlarını yüksək orden, medal və fəxri adlarla təltif edib.

Son xəbərlər

Orphus sistemi