Prezident: "Biz iki il bundan öncə başladığımız dərin və geniş islahatlar siyasətini davam etdirməliyik"

Prezident: "Biz iki il bundan öncə başladığımız dərin və geniş islahatlar siyasətini davam etdirməliyik" "Bir neçə il bundan öncə bizim əsas hədəflərimizdən biri yoxsulluq və işsizliyin azaldılması idi. Buna uğurla nail olundu"
İnfrastruktur
24 Yanvar , 2018 00:14
Prezident: Biz iki il bundan öncə başladığımız dərin və geniş islahatlar siyasətini davam etdirməliyik

Bakı. 24 yanvar. REPORT.AZ/ "Qarşıdan gələn illərdə biz iki il bundan öncə başladığımız dərin və geniş islahatlar siyasətini davam etdirməliyik".

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 23-də Davosda Dünya İqtisadi Forumunun “Strateji baxış: Avrasiya” adlı interaktiv iclasında aparıcının suallarını cavablandırarkən deyib.

"Bir neçə il bundan öncə bizim əsas hədəflərimizdən biri yoxsulluq və işsizliyin azaldılması idi. Buna uğurla nail olundu. Yoxsulluq 5,4 faiz, işsizlik isə 5 faiz səviyyəsindədir. Son 15 il ərzində əhalimiz 1,5 milyon nəfər artmışdır və iş yerlərinin yaradılması bizim üçün daimi prosesdir. Ötən il biz 177 min daimi iş yeri yaratmışıq və bu, bizim siyasətimizi nümayiş etdirir. Neft-qaz sahəsi kifayət qədər iş yeri yaratmır və işsizliyin aşağı səviyyədə olması üçün biz təhsil, idarəçilik, kənd təsərrüfatı, turizm və xidmətlər sahəsinə diqqət yetirməliyik. Əhalimiz islahatlara hazırdır və islahatlar cəmiyyət tərəfindən müsbət qarşılanır. İslahatlar ağır olmamışdır. Çünki radikal islahatlar həyata keçirilərkən ilkin mərhələdə əhali bundan əziyyət çəkir. Biz dövlət yardımına ehtiyacı olanlara geniş sosial dəstək təklif etdik. Ona görə də bu proses olduqca əngəlsiz keçdi. Qarşıdan gələn illərdə biz iki il bundan öncə başladığımız dərin və geniş islahatlar siyasətini davam etdirməliyik", - deyə İlham Əliyev əlavə edib.

Son xəbərlər

Orphus sistemi