Prezident Balakəndə yol tikintisinə 4,4 milyon manat ayırıb

Prezident Balakəndə yol tikintisinə 4,4 milyon manat ayırıb Bakı. 8 yanvar. REPORT.AZ/ Prezident İlham Əliyev Balakən rayonunun Balakən-Qazbinə-İtitala avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
İnfrastruktur
581
8 Yanvar , 2019 18:00
Prezident Balakəndə yol tikintisinə 4,4 milyon manat ayırıb

Bakı. 8 yanvar. REPORT.AZ/ Prezident İlham Əliyev Balakən rayonunun Balakən-Qazbinə-İtitala avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncamla on səkkiz min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Balakən-Qazbinə-İtitala avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Son xəbərlər

Orphus sistemi