Potidən Daşkəndə ilk konteyner blok qatarı yola düşüb

Potidən Daşkəndə ilk konteyner blok qatarı yola düşüb Gürcüstanın Poti limanından Özbəkistanın paytaxtı Daşkəndə ilk dəfə konteyner blok qatarı yola salınıb.
İnfrastruktur
281
14 İyun , 2021 11:35
Potidən Daşkəndə ilk konteyner blok qatarı yola düşüb

Gürcüstanın Poti limanından Özbəkistanın paytaxtı Daşkəndə ilk dəfə konteyner blok qatarı yola salınıb.

Bu barədə "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) törəmə şirkəti - "ADY Konteyner" MMC-dən bildirilib.

Məlumata görə, qatarın operatorları "ADY Konteyner", eləcə də Gürcüstanın “GR Logistics and Terminals”, Türkmənistanın TULM və Özbəkistanın “Ozbektemiryolekspeditsiya” şirkətləridir.

Tranzitlə Azərbaycan ərazisindən keçəcək qatar hər biri 40 futluq olmaqla 58 konteynerdən ibarətdir. Qatarla Orta Asiyaya Avropa İttifaqı ərazisində istehsal olunmuş alüminium tərkibli sənaye məhsulları daşınır.

Konteynerlər Bakı limanına çatdıqdan sonra operatoru “ADY konteyner” şirkəti olan fider gəmisi vasitəsilə Türkmənbaşı limanına göndəriləcək. Daha sonra qatar Türkmənistan və Özbəkistan dəmir yolları vasitəsilə yoluna davam edəcək.

Bu layihə üzrə ümumilikdə 200 ədəd konteyner daşınacaq.

Son xəbərlər

Orphus sistemi