Paytaxtın bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb

Paytaxtın bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb Təmir işləri və avtomobil çoxluğu səbəbindən yollarda sıxlıq müşahidə olunur
İnfrastruktur
25 Fevral , 2015 09:36
Paytaxtın bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb

Bakı. 25 fevral. REPORT.AZ/ Bu gün səhər saatlarında Bakı şəhərinin bir sıra yol və prospektlərində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunub.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən “Report”a verilən məlumata əsasən, Bakı-Sumqayıt şosesində (Bakı Beynəlxalq Avtovağzalının qarşısı, şəhər istiqamətində) bir neçə gündür asfalt örtüyünün bir hissəsinin dəyişdirilməsi ilə bağlı səhər saatlarında nəqliyyatın hərəkində sıxlıq yaranır.

Bununla yanaşı, H.Zərdabi küçəsi (Qələbə dairəsi), A.Salamzadə küçəsinin kənar yolunda (Tbilisi prospekti istiqamətində) avtomobil çoxluğu səbəbindən nəqliyyatda sıxlıq müşahidə olunur.

Son xəbərlər

Orphus sistemi