Paytaxtda tikinti materiallarının istehsalı 10%-ə qədər artıb

Paytaxtda tikinti materiallarının istehsalı 10%-ə qədər artıb Bakı. 1 yanvar. REPORT.AZ/ Ötən ilin yanvar-noyabr ayları ərzində Bakı şəhərində tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri daha əvvəlki ilin yanvar-noyabr aylarına nisbətən sabit qiymətlərlə 9,6% artaraq 452,3 mln. manat təşkil edib.
İnfrastruktur
1 Yanvar , 2019 15:19
Paytaxtda tikinti materiallarının istehsalı 10%-ə qədər artıb

Bakı. 1 yanvar. REPORT.AZ/ Ötən ilin yanvar-noyabr ayları ərzində Bakı şəhərində tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri daha əvvəlki ilin yanvar-noyabr aylarına nisbətən sabit qiymətlərlə 9,6% artaraq 452,3 mln. manat təşkil edib.

Bakı şəhər Statistika İdarəsindən “Report”a verilən məlumata görə, ötən ilin yanvar-noyabr ayları ərzində paytaxtda sement istehsalı 2 788,1 min ton təşkil edib. Bu, 2017-ci ilin 11 ayı ilə müqayisədə 12,6% çoxdur.

Ötən ilin 11 ayında tikinti gipsinin istehsalı 89,7% azalaraq 2 626,2 ton olub. Bu müddət ərzində tikinti əhənginin istehsalı 0,3% azalaraq 27 104,5 ton təşkil edib.

Ötən ilin yanvar-noyabr aylarında sementdən süni daşlar və ya betondan tikinti blokları və kərpiclərin istehsalı 57 175,0 ton olub ki, bu da 2017-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 15,6% azdır.

Ötən ilin 11 ayında betondan yığma tikinti konstruksiyalarının istehsalı 16,8 min kubmetr təşkil edib ki, bu da daha əvvəlki ilin 11 ayı ilə müqayisədə 58,9% azdır. Bu müddət ərzində paytaxtda asfalt istehsalı 47,4 min ton olub ki, bu da 2017-ci ilin yanvar-noyabr aylarına nisbətdə 22% azdır.

2018-ci ilin yanvar-noyabr aylarında tikinti kərpicinin istehsalı 97,3 min kubmetr, hörmə üçün hazır beton qarışığı 813,4 min ton təşkil edib. Bu isə 2017-ci ilin yanvar-noyabr aylarına münasibətdə müvafiq olaraq 16,6% az və 2,3 dəfə çoxdur. 

Son xəbərlər

Orphus sistemi