Paytaxtda daha bir yol təmirdən sonra istifadəyə verilib

Paytaxtda daha bir yol təmirdən sonra istifadəyə verilib Bu gün axşam saatlarından prospektdə avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olunub
İnfrastruktur
2611
8 Avqust , 2016 16:13
Paytaxtda daha bir yol təmirdən sonra istifadəyə verilib

Bakı. 8 avqust. REPORT.AZ/ Qara Qarayev prospektinin bir hissəsi təmirdən sonra açılıb.

“Azəravtoyol” ASC-nin Mətbuat Katibliyindən “Report”a bildirilib ki, bu gün axşam saatlarında bir hissəsi bağlı olan Qara Qarayev prospektində avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

Qeyd edək ki, təmir-tikinti işləri ilə əlaqədar olaraq avqustun 5-dən Qara Qarayev prospektinin Naxçıvanski küçəsi ilə kəsişməsindən (“8-ci km bazarı”) Bəhruz Nuriyev küçəsi ilə kəsişməyədək olan hissəsində (“Laçın” ticarət mərkəzi) avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.

Son xəbərlər

Orphus sistemi