Arif Məmmədov: “Pandemiya dövründə uçuşlarla bağlı qaydalar qəbul olunub”

Arif Məmmədov: “Pandemiya dövründə uçuşlarla bağlı qaydalar qəbul olunub” “Mayın 27-də koronavirus (COVID-19) pandemiyası dövründə uçuşlarla bağlı müzakirələr olub və yeni qaydalar hazırlanıb”.
İnfrastruktur
11 İyun , 2020 17:18
Arif Məmmədov: “Pandemiya dövründə uçuşlarla bağlı qaydalar qəbul olunub”

“Mayın 27-də koronavirus (COVID-19) pandemiyası dövründə uçuşlarla bağlı müzakirələr olub və yeni qaydalar hazırlanıb”.

"Report" xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov deyib.

“Həmin qaydaları Azərbaycan da tətbiq edəcək. Mən bu tədbirə gəlməzdən öncə xəbər verdilər ki, artıq qaydalar qəbul olunub və beynəlxalq səviyyədə sərnişindaşımaya başlamaq lazımdır. Artıq bir sıra ölkələrdən müəyyən tələblər daxil olur. Bəzi ölkələr COVID-19 pasportunun olacağı, bəzi ölkələr isə Azərbaycan vətəndaşları ora gələcəyi zaman onların karantinə alınacağını qeyd ediblər. Amma heç kim demir ki, karantinə görə ödənişi kim qarşılayacaq. Amma bunu, təbii ki, bilet alan zaman əvvəldən sərnişinə demək lazımdır”, - o qeyd edib. 

Son xəbərlər

Orphus sistemi