Pakistanla Qarabağda yenidənqurma layihələri üzrə əməkdaşlıq müzakirə edilib

Pakistanla Qarabağda yenidənqurma layihələri üzrə əməkdaşlıq müzakirə edilib İqtisadiyyat naziri Mikayıl Cabbarov “Pakistan Milli Mühəndislik Xidmətləri” şirkətinin (NESPAK) nümayəndələri ilə görüşüb.
İnfrastruktur
19 İyun , 2021 12:59
Pakistanla Qarabağda yenidənqurma layihələri üzrə əməkdaşlıq müzakirə edilib
Mikayıl Cabbarov

İqtisadiyyat naziri Mikayıl Cabbarov “Pakistan Milli Mühəndislik Xidmətləri” şirkətinin (NESPAK) nümayəndələri ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilir ki, Mikayıl Cabbarov ölkəmizin Pakistanla sıx dostluq və qardaşlıq münasibətlərini, Vətən müharibəsi zamanı Pakistanın Azərbaycanın mövqeyini birmənalı dəstəkləməsinin yüksək qiymətləndirildiyini vurğulayıb.

Görüşdə Pakistanla iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük potensial, keçirilən görüşlərin və aparılan səmərəli müzakirələrin tərəfdaşlığın genişlənməsində rolu qeyd edilib.

NESPAK şirkətinin icraçı direktoru Tahir Məsud rəhbəri olduğu şirkətin fəaliyyəti barədə məlumat verib.

Pakistanın Azərbaycandakı səfiri Bilal Hayenin də iştirak etdiyi görüşdə işğaldan azad edilmiş ərazilərimizdə həyata keçiriləcək yenidənqurma layihələri üzrə əməkdaşlığa dair müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi