Özbəkistandan gələn ilk blok qatarı Ələt limanına çatıb

Özbəkistandan gələn ilk blok qatarı Ələt limanına çatıb "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus “ADY Konteyner” MMC Assaka-Bakı marşrutu üzrə ilk konteyner blok qatarının çatdırılmasını həyata keçirib.
İnfrastruktur
151
25 Yanvar , 2022 10:45
Özbəkistandan gələn ilk blok qatarı Ələt limanına çatıb

"Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus “ADY Konteyner” MMC Assaka-Bakı marşrutu üzrə ilk konteyner blok qatarının çatdırılmasını həyata keçirib.

Bu barədə "Report"a şirkətdən bildirilib.

Məlumata görə, Özbəkistanın Assaka Logistika Mərkəzindən yola çıxan 50 konteynerdən ibarət ilk blok qatar Ələt limanına çatıb.

Avtomobil hissələri ilə yüklənmiş 40 futluq konteynerlər Xocidavlat sərhəd stansiyasından keçərək Türkmənistanın Türkmənbaşı limanına, oradan isə Xəzər dənizi vasitəsilə Azərbaycanın Ələt limanına çatdırılıb.

Qatardakı yüklər Azərbaycanda minik avtomobili istehsal edən zavodlardan biri üçün nəzərdə tutulub. Bu marşrut üzrə blok qatarlar müntəzəm olaraq hərəkət edəcək.

Son xəbərlər

Orphus sistemi