​Özbəkistan, Azərbaycan və Gürcüstan dəmir yollarında qarşılıqlı nümayəndəliklər açacaq

​Özbəkistan, Azərbaycan və Gürcüstan dəmir yollarında qarşılıqlı nümayəndəliklər açacaq Bununla bağlı hər üç ölkə Daşkənd toplantısında razılığa gəlib
İnfrastruktur
18 Mart , 2015 11:11
​Özbəkistan, Azərbaycan və Gürcüstan dəmir yollarında qarşılıqlı nümayəndəliklər açacaq

Bakı. 18 mart. REPORT.AZ/ Daşkənd şəhərində (Özbəkistan) Azərbaycan, Özbəkistan və Gürcüstan dəmir yolları rəhbərləri arasında üçtərəfli görüş keçirilib. Tədbirdə "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Bu barədə "Report"a "Azərbaycan Dəmir Yolları"nın Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bildirib.

Görüşdə dəmir yolu sahəsinin inkişaf etdirilməsi, həmin dövlətlərin ərazisindən daşınan tranzit yüklərin həcminin artırılması, TRACECA, Bakı-Tbilisi-Qars, eləcə də digər əhəmiyyətli beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı sahəsində əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Azərbaycan və Gürcüstan dəmir yollarının rəhbərləri yeni elektrikləşdirilmiş "Anqren-Pap" dəmir yolunun tikintisini dəstəklədiklərini bildiriblər. Qeyd olunub ki, bu dəhliz yeni Çin-Qırğızıstan-Özbəkistan beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olmaqla, Azərbaycan və Gürcüstan ərazisindən keçməklə yüklərin Qara dəniz limanlarına çıxarılmasını təmin edəcək.

Tədbirdə, həmçinin daşıma prosesində yaranan məsələlərin operativ surətdə həll edilməsi məqsədilə Özbəkistan, Azərbaycan və Gürcüstan dəmir yollarında bu dövlətlərin nümayəndəliklərinin qarşılıqlı açılması məsələsinə baxılmasına dair razılıq əldə edilib.

Üçtərəfli görüşün sonunda müvafiq protokol imzalanıb.

Son xəbərlər

Orphus sistemi