Ötən il Azərbaycanda 38 MMMC yaradılıb

Ötən il Azərbaycanda 38 MMMC yaradılıb Bakı. 23 yanvar. REPORT.AZ/ 2018-ci ildə Azərbaycanda çoxmənzilli binalarda sahə mülkiyyətçilərinin təşəbbüsü ilə 38 Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti (MMMC) təsis edilərək dövlət qeydiyyatına alınıb.
İnfrastruktur
23 yanvar 2019 09:26
Ötən il Azərbaycanda 38 MMMC yaradılıb
İqtisadiyyat naziri Şahin Mustafayev / Report/ Firi Salim
0 : 00
0 : 00

Bakı. 23 yanvar. REPORT.AZ/ 2018-ci ildə Azərbaycanda çoxmənzilli binalarda sahə mülkiyyətçilərinin təşəbbüsü ilə 38 Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti (MMMC) təsis edilərək dövlət qeydiyyatına alınıb.

“Report”un məlumatına görə, bunu İqtisadiyyat Nazirliyinin geniş kollegiya iclasında nazir Şahin Mustafayev bildirib.

Onun sözlərinə görə, ötən il mənzil fondunun yeni idarəetmə üsulları əsasında idarə olunmasının təşkili istiqamətində tədbirlər davam etdirilib: “Ümumilikdə isə, indiyədək Bakı, Sumqayıt və Xırdalan şəhərlərində, Abşeron rayonunda yerləşən çoxmənzilli binalarda 103 MMMC yaradılıb”.

Son xəbərlər

Orphus sistemi