Ötən ay Gürcüstanın avtomobil ixracının 57 %-i Azərbaycanın payına düşüb

Ötən ay Gürcüstanın avtomobil ixracının 57 %-i Azərbaycanın payına düşüb Bu ilin yanvar ayında Gürcüstan 24,8 milyon ABŞ dolları dəyərində minik avtomobili ixrac edib
İnfrastruktur
19 Fevral , 2021 13:37
Ötən ay Gürcüstanın avtomobil ixracının 57 %-i Azərbaycanın payına düşüb

Bu ilin yanvar ayında Gürcüstan 24,8 milyon ABŞ dolları dəyərində minik avtomobili ixrac edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Məlumata əsasən, avtomobillərin ixrac dəyəri illik müqayisədə 54,2 % azalıb.

Ötən ay minik avtomobili 11,1 % payla Gürcüstanın II əsas ixrac məhsulu olub.

Hesabat ayında qonşu ölkənin avtomobil ixracının 56,96 %-i Azərbaycana yönəlib.

Son xəbərlər

Orphus sistemi