Orxan Məmmədov: "Azərbaycanda su ehtiyatlarının düzgün idarə olunması üzrə tədbirlər gücləndirilməlidir"

Orxan Məmmədov: "Azərbaycanda su ehtiyatlarının düzgün idarə olunması üzrə tədbirlər gücləndirilməlidir" Azərbaycanın kənd təsərrüfatı sektorunda su ehtiyatlarının düzgün idarə olunması istiqamətində tədbirlər gücləndirilməlidir.
İnfrastruktur
30 May , 2023 15:59
Orxan Məmmədov: Azərbaycanda su ehtiyatlarının düzgün idarə olunması üzrə tədbirlər gücləndirilməlidir
Orxan Məmmədov

Azərbaycanın kənd təsərrüfatı sektorunda su ehtiyatlarının düzgün idarə olunması istiqamətində tədbirlər gücləndirilməlidir.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov "Yaşıl enerji və ətraf mühit" bizneslər üçün inkişaf perspektivləri mövzusunda ictimai müzakirədə deyib.

Onun sözlərinə görə, müasir suvarma, sudan təkrar istifadə və suya qənaət edən "ağıllı texnologiyalar"dan istifadə etməklə, səmərəli su siyasəti yürüdülməli, itkilər aradan qaldırılmalıdır:

"Torpaqla bağlı problemlər də bu siyahıdadır. İstifadəsiz və yararsız torpaqlarla bağlı işlərin daha da sürətləndirilməsi vacibdir. Ölkədə yararsız torpaq sahələrinin dövriyyəyə cəlb edilməsi ilə mövcud resurslarımızın bərpa edilməsi istiqamətində müvafiq qurumların həyata keçirdiyi tədbirlər daha da gücləndirilməlidir. Bir sözlə, aidiyyəti qurumlar ölkədə keyfiyyətli və təmiz ekoloji mühitin qorunması və resurslardan səmərəli istifadənin təmin edilməsi, ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin təbliğ edilməsi, o cümlədən uzun illər ərzində yaranan ekoloji problemlərin kompleks həlli istiqamətində birgə səyləri daha da artırmalıdır".

O. Məmmədov vurğulayıb ki, qeyd olunanlar ekoloji tarazlığın beynəlxalq normalara uyğun səviyyədə saxlanılması istiqamətində göstərilən səylərə də mühüm töhfə olacaq:

"Bu kimi tədbirlər, həm də yüksək keyfiyyətli ekoloji mühit və "yaşıl enerji" məkanının formalaşmasına imkan yaradacaq. Digər sahələrdə olduğu kimi, "yaşıl enerji" və təmiz ətraf mühit istiqamətində də sahibkarlarımızın fəaliyyətlərinin inkişafına, problemlərinin həllinə hər zaman dəstək olmağa hazırıq. Bu missiyamızı bundan sonra da davam etdirəcəyik".

Son xəbərlər

Orphus sistemi