Ordubadda Zəvvar arxı qardan və lildən təmizlənib

Ordubadda Zəvvar arxı qardan və lildən təmizlənib Ordubad rayon Su təsərrüfatı və Meliorasiya İdarəsi Zəvvar arxının 800 metrdən çox hissəsini qardan və lildən təmizləyib.
İnfrastruktur
3 İyun , 2023 11:50
Ordubadda Zəvvar arxı qardan və lildən təmizlənib

Ordubad rayon Su təsərrüfatı və Meliorasiya İdarəsi Zəvvar arxının 800 metrdən çox hissəsini qardan və lildən təmizləyib.

"Report"un Naxçıvan bürosu xəbər verir ki, bu işlərin məqsədi rayonun Şıxı yurdu adlanan ərazisindən keçən qədim arx vasitəsilə Dübəndi və Vənənd çaylarına qar sularının axıdılmasıdır.

Ümumi uzunluğu 4,5 km olan Zəvvar arxının qardan və lildən təmizlənməsi ilə yanaşı, Ordubad şəhərindən arxa qədər olan 27 km məsafədə yolun 5 kilometrlik hissəsi də qardan təmizlənib.

Bu sahədə görülən işlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi