Onlayn vahid ixrac ərizəsi dövlət qurumlarına təqdim olunub

Onlayn vahid ixrac ərizəsi dövlət qurumlarına təqdim olunub Bakı. 31 yanvar. REPORT.AZ/ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) dünyada ilk dəfə Azərbaycanda yaradılan onlayn vahid ixrac ərizəsinin dövlət qurumlarına təqdimatı keçirilib.
İnfrastruktur
31 Yanvar , 2019 16:23
Onlayn vahid ixrac ərizəsi dövlət qurumlarına təqdim olunub

Bakı. 31 yanvar. REPORT.AZ/ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) dünyada ilk dəfə Azərbaycanda yaradılan onlayn vahid ixrac ərizəsinin dövlət qurumlarına təqdimatı keçirilib.

Mərkəzdən “Report”a verilən məlumata görə, tədbirin açılışı zamanı Rəqəmsal Ticarət Qovşağının meneceri Nicat Əsədli bildirib ki, sahibkarların işini asanlaşdıran onlayn ixrac ərizəsi 4-cü sənaye inqilabı erasında Azərbaycanın dövlət sektorunda da texnoloji islahatların aparılması istiqamətində gedən işlərin önəmli tərkib hissəsidir. Onun sözlərinə görə, Azərbaycanda transsərhəd ticarətin genişləndirilməsi üçün sistemli iqtisadi islahatlar aparılır: “Xüsusilə xarici ticarət sahəsində tətbiq olunan yeni yanaşmalar beynəlxalq reytinqlərdə də mövqeyimizə müsbət təsir edib. Dünyanın top 10 islahatçı ölkələr siyahısına liderlik edən Azərbaycanın qeydə alınan islahat tədbirlərindən biri də sərhəddə ticarət əməliyyatları və prosedurları ilə bağlıdır.”

Tədbir zamanı N.Əsədli onlayn vahid ixrac ərizəsinin işləmə mexanizmi barədə iştirakçılara əyani olaraq məlumatları təqdim edib. O qeyd edib ki, onlayn vahid ixrac ərizəsinin tətbiqi vətəndaş-məmur təmasının minimuma endiirlməsi, biznes mühitinin əlverişliliyinin artırılması, sərhədlərarası ticarətin aparılmasının sadələşdirilməsi sahibkarların xeyrinədir. Onlayn vahid ixrac ərizəsində təqdim olunan elektron pul kisəsi isə nağdsız ödənişlərin genişləndirilməsi, dövlət proqramında nəzərdə tutulan istiqamətdə ixrac proseduru zamanı rəqəmsal ödənişlərin genişləndirilməsi baxımından vacib rol oynayacaq.

Təqdimat zamanı onlayn vahid ixrac ərizəsindən bəhs edən yeni iki videoçarx nümayiş olunub. 

Son xəbərlər

Orphus sistemi