Onlayn İctimai Nəzarət Platforması ikinci rübün nəticələrini açıqlayıb

Onlayn İctimai Nəzarət Platforması ikinci rübün nəticələrini açıqlayıb Onlayn İctimai Nəzarət Platforması (www.enezaret.az) sentyabr-oktyabr-noyabr aylarında “enezaret.az”a daxil olmuş müraciətlər, onların icra vəziyyəti və digər məsələlərin müzakirəsinə həsr olunmuş dair dəyirmi masa keçirib.
İnfrastruktur
111
9 Dekabr , 2021 14:45
Onlayn İctimai Nəzarət Platforması ikinci rübün nəticələrini açıqlayıb

Onlayn İctimai Nəzarət Platforması (www.enezaret.az) sentyabr-oktyabr-noyabr aylarında “enezaret.az”a daxil olmuş müraciətlər, onların icra vəziyyəti və digər məsələlərin müzakirəsinə həsr olunmuş dair dəyirmi masa keçirib.

"Report" bu barədə "Azərsu" ASC-yə istinadən xəbər verir.

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti layihəsinin tərəfdaşı MG Consulting şirkətinin rəhbəri Məhəmməd Quluzadə bildirib ki, foto və video sübutu olan boru sızması, məişət tullantılarının daşınmaması, yolun səthinin zədələnməsi, ağacların aşması, açıq lyuklar və digər problemləri aidiyyatı dövlət orqanlarına yönləndirir və onların həllinə nail olur. İkinci rübün nəticələrinə görə daxil olmuş müraciətlərin təxminən 70%-i həllini tapıb: “Nəticələrə əsasən 9 dövlət qurumunun vətəndaşların müraciətlərinə baxılması baxımından fəal olduğu müəyyən edilib və onlara müvafiq təltiflər təqdim olunub. Bunlar “Azərsu”, Bakı şəhər İcra Hakimiyyəti, Bakı Nəqliyyat Agentliyi, “Azərişıq” ASC, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi, Yasamal Rayon İcra Hakimiyyəti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir.

E-nəzarət platforması USAID-in maliyyələşdirdiyi və Açıq Hökumət Platforması ilə əməkdaşlıqda icra edilən Şəffaflıq naminə vətəndaş cəmiyyəti (ECSOFT) layihəsi çərçivəsində həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi