Ölkənin su təsərrüfatı obyektlərinin elektron məlumat bazası yaradılır

Ölkənin su təsərrüfatı obyektlərinin elektron məlumat bazası yaradılır SuperMAP proqram təminatının mənimsənilməsi üzrə təlimlər başa çatıb.
İnfrastruktur
125
1 Sentyabr , 2021 13:07
Ölkənin su təsərrüfatı obyektlərinin elektron məlumat bazası yaradılır

Azərbaycan höküməti ilə Çin hökuməti arasında 8 dekabr 2014-cü il tarixdə bağlanmış iqtisadi və texnoloji əməkdaşlıq müqaviləsi əsasında “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC üçün həyata keçirilmiş “meliorasiya və su təsərrüfatı obyektlərinin elektron məlumat bazasının yaradılması” qrant layihəsi çərçivəsində Çindən gətirilmiş zəruri avadanlıqlar aidiyyəti üzrə quraşdırılmış və Səhmdar Cəmiyyətin əməkdaşları üçün SuperMAP proqram təminatının mənimsənilməsi üzrə təlimlər başa çatıb.

Bu barədə “Report” “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-yə istinadən xəbər verir.

Bununla bağlı, avqust ayının 31-də "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətində tədbir həyata keçirilib. Tədbir zamanı Səhmdar Cəmiyyətin rəhbərliyi və qrant layihəsinin icraçısı olan Çinin “AVİC-İNTL” Layihə Mühəndislik şirkətinin səlahiyyətli nümayəndəsi layihənin başa çatması ilə əlaqdar müvafiq sənədləri imzalayıb. Layihə çərçivəsində iştirakçılara beynəlxalq sertifikatlar təqdim olunub.

Son xəbərlər

Orphus sistemi