Ölkənin qatarları ilə sərnişin daşınma bütün istiqamətlər üzrə kəskin azalıb

Ölkənin qatarları ilə sərnişin daşınma bütün istiqamətlər üzrə kəskin azalıb 2021-ci ilin birinci rübündə beynəlxalq sərnişin daşımaları qeydə alınmayıb
İnfrastruktur
495
3 May , 2021 18:08
Ölkənin qatarları ilə sərnişin daşınma bütün istiqamətlər üzrə kəskin azalıb

2021-ci ilin birinci rübündə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC 476 min 232 sərnişin daşıyıb ki, bu da ötən ilin birinci rübü ilə müqayisədə 2,2 dəfə azdır.

“Report” bu barədə ADY-nin hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, daşınmış sərnişinlərin 438 min 965 nəfəri və yaxud 92%-i şəhərətrafı qatarların payına düşüb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 43,3% azdır.

Hesabat dövründə beynəlxalq sərnişin daşımaları qeydə alınmayıb. Abşeron yarımadasından kənar daxili sərnişin daşımaları isə 81, 6% azalaraq 37 min 267 nəfər təşkil edib.

Son xəbərlər

Orphus sistemi