Oktyabrın 1-dən immun sertfikatı və COVİD-19 pasportu olmayan sürücülər reysə buraxılmayacaq

Oktyabrın 1-dən immun sertfikatı və COVİD-19 pasportu olmayan sürücülər reysə buraxılmayacaq Nazirlər Kabinetinin 2021-ci il 26 iyul tarixli 229 nömrəli Qərarına əsasən COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatının tələb olunduğu iş və xidmət sahələrinə avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliy
İnfrastruktur
21 Sentyabr , 2021 13:32
Oktyabrın 1-dən immun sertfikatı və COVİD-19 pasportu olmayan sürücülər reysə buraxılmayacaq

Nazirlər Kabinetinin 2021-ci il 26 iyul tarixli 229 nömrəli Qərarına əsasən COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatının tələb olunduğu iş və xidmət sahələrinə avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti daxildir.

"Report" xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sektor müdiri Nuridə Allahyarova bildirib.

O bildirib ki, bu səbəbdən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən qərarın icrasının təmin olunması ilə bağlı bütün daşıyıcı şirkətlərə xəbərdarlıq edilib: "Oktyabrın 1-dən etibarən immun sertfikatı və COVİD - 19 pasportu olmayan sürücülər aşkarlanarsa, həmin sürücülərin reysdə iştirakına icazə verilməyəcək".

Son xəbərlər

Orphus sistemi