Odessadan Bakıya aviareys açılıb

Odessadan Bakıya aviareys açılıb Aviareys sentyabrın 3-dək həftədə bir dəfə həyata keçiriləcək
İnfrastruktur
3 İyul , 2015 15:30
Odessadan Bakıya aviareys açılıb

Bakı. 3 iyul. REPORT.AZ/ "Ukrayna Beynəlxalq Hava Yolları" (UIA) aviaşirkəti Odessadan Bakıya birbaşa mövsümi uçuşlara başlayıb. Aviaşirkətdən “Report”a verilən məlumata görə, reyslər mövsümi xarakter daşıyır və sentyabrın 3-nə qədər həftədə bir dəfə həyata keçiriləcək.

İkitərəfli reysə aviabiletin qiyməti 310 manatdan başlayır. Uçuşlar “Boeing 737” təyyarəsi ilə gerçəkləşdirilir.

Qeyd edək ki, Odessadan mövsümi reyslər Bakı ilə yanaşı İstanbul, Tel-Əviv və Yerevana açılıb.

Son xəbərlər

Orphus sistemi