Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən şikayətə baxıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən şikayətə baxıb Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yaradılmış Apelyasiya Şurasının iclası keçirilib.
İnfrastruktur
29 Oktyabr , 2019 14:13
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən şikayətə baxıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yaradılmış Apelyasiya Şurasının iclası keçirilib.

Nazirlikdən “Report”a verilən məlumata görə, iclas nazirin I müavini Əli Abdullayevin sədrliyi ilə baş tutub. 

İclasda “Avand Company” MMC-nin müraciətinə baxılıb, şirkətin şikayəti qismən təmin edilərək, nazirlik yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə “Lisenziya və icazələr haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunların göstərişlərinə əməl edilməklə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin fəaliyyətinin ona verilmiş pasportun tələblərinə uyğun olmasının yoxlanılması istiqamətində tədbirlərin görülməsi tapşırılıb.

Son xəbərlər

Orphus sistemi