Novruz bayramında Bakıdan Naxçıvana əlavə aviareyslər olacaq

Novruz bayramında Bakıdan Naxçıvana əlavə aviareyslər olacaq AZAL bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
İnfrastruktur
1314
9 Mart , 2018 11:43
Novruz bayramında Bakıdan Naxçıvana əlavə aviareyslər olacaq

Bakı. 9 mart. REPORT.AZ/ "Azərbaycan Hava Yolları" QSC (AZAL) Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bunu "Report"a açıqlamasında AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.

Onun sözlərinə görə, bayramda sərnişin sıxlığının artdığı nəzərə alınaraq Bakıdan Naxçıvana əlavə aviareyslər olacaq. 

"Bununla yanaşı, bütün istiqamətlərdə çarter reyslərinin təşkili, təyyarələrin daha böyükləri ilə əvəzlənməsi mümkündür", - o qeyd edib. 

Orphus sistemi