Novruz bayramı günlərində dəmir yolu gücləndirilmiş rejimdə işləyəcək

Novruz bayramı günlərində dəmir yolu gücləndirilmiş rejimdə işləyəcək Sərnişin sıxlığının artması ilə əlaqədar əlavə vaqonların sayı artırıla bilər
İnfrastruktur
15 Mart , 2017 09:23
Novruz bayramı günlərində dəmir yolu gücləndirilmiş rejimdə işləyəcək
ady.az

Bakı. 15 mart. REPORT.AZ/ "Azərbaycan Dəmir Yolları" QSC-nin kollektivi Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq.

Cəmiyyətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovadan "Report"a daxil olan məlumata görə, sərnişin daşımaları Departamentinin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində ciddi işlər görür.

"Bayram ərəfəsində sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 20-25, bəzən də 30 ədəd əlavə vaqonun qoşulması təmin ediləcək. Sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir", - deyə məlumatda qeyd edilib.

Son xəbərlər

Orphus sistemi