Gələn il Bakı-Yalama dəmiryolunun tikinti işlərinə başlanılacaq

Gələn il Bakı-Yalama dəmiryolunun tikinti işlərinə başlanılacaq Bakı. 29 dekabr. REPORT.AZ/ Gələn il Bakı -Yalama dəmiryolunun tikinti işlərinə başlanılacaq.
İnfrastruktur
29 Dekabr , 2018 11:56
Gələn il Bakı-Yalama dəmiryolunun tikinti işlərinə başlanılacaq

Bakı. 29 dekabr. REPORT.AZ/ "Gələn il Bakı -Yalama dəmiryolunun tikinti işlərinə başlanılacaq".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbəri Cavid Qurbanov deyib.

O bildirib ki, tikinti ilə bağlı tender elan edilib: "Prosesin iki il çəkməsi gözlənilir. Orada yeraltı və yerüstü keçidlər, həmçinin piyada keçidləri olacaq".

C.Qurbanov növbəti sürət qatarının Qəbələ və Yalama istiqamətində olacağını diqqətə çatdırıb: "Hazırda orda tikintilər gedir. Qəbələyə çəkilən yolu 2019 -cu ilin sonuna qədər yekunlaşdırmağı planlaşdırırıq. Belə ki, texniki imkanlarımız bunu reallaşdırmağa imkan verir".

Son xəbərlər

Orphus sistemi