Niko Lanqe: "AZAL-ın təyyarəsinin vurulması münaqişənin mülki aviasiya üçün təhdid olduğunu göstərir"

Niko Lanqe: "AZAL-ın təyyarəsinin vurulması münaqişənin mülki aviasiya üçün təhdid olduğunu göstərir" Bakı-Qroznı reysini yerinə yetirən və ilkin məlumatlara görə, Rusiyanın Hava Hücumindan Müdafiə (HHM) sistemi tərəfindən vurulan "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus sərnişin təyyarəsinin qəzaya uğraması davam edən silahlı münaqişənin mülki aviasiya
İnfrastruktur
19 fevral 2025 10:00
Niko Lanqe: AZAL-ın təyyarəsinin vurulması münaqişənin mülki aviasiya üçün təhdid olduğunu göstərir

"Azərbaycan Hava Yolları"na (AZAL) məxsus sərnişin təyyarəsinin Rusiyanın Hava Hücumundan Müdafiə (HHM) sistemi tərəfindən vurulması davam edən silahlı münaqişənin mülki aviasiya üçün təhdid olduğunu nümayiş etdirir.

Bunu “Report”a müsahibəsində Münxen Təhlükəsizlik Konfransının elmi işçisi Niko Lanqe bildirib.

"Bu, sadəcə aviasiya təhlükəsizliyi ilə bağlı hadisə deyil, həm də Rusiya HHM sisteminin mülki təyyarəni vurduğu hadisədir. Burada əsas problem Rusiyanın Ukraynaya qarşı davam edən təcavüzkar müharibəsidir", - o qeyd edib.

Elmi işçinin sözlərinə görə, gələcəkdə belə faciələrin qarşısını almağın yeganə yolu regionda davamlı sülhə nail olmaqdır.

"Təəssüf ki, Avropa ölkələri münaqişənin həlli yollarının axtarışında kifayət qədər qətiyyət nümayiş etdirmir. Həmçinin ABŞ Prezidenti Donald Trampın mümkün təşəbbüslərinin də əhəmiyyətli nəticələr verəcəyinə dair şübhələrim var. Mülki təyyarələrin səhvən hərbi hədəf kimi qəbul edilməsi riskini aradan qaldırmaq üçün müharibəyə son qoyulmalıdır. Hərbi əməliyyat zonasında dronlar, raketlər və sərnişin təyyarələri arasında qarışıqlıq davam edən münaqişənin birbaşa nəticəsidir. Münaqişə həll olunmayana qədər mülki aviasiya üçün risklər qalacaq", - N.Lanqe vurğulayıb.

Qeyd edək ki, fevralın əvvəlində təyyarə qəzası ilə bağlı aparılan araşdırmanın ilkin hesabatı açıqlanıb. Sənədə əsasən, təyyarənin füzelyajındakı zədələr xarici təsir nəticəsində yaranıb.

İlkin hesabatda hava gəmisinin quşlarla toqquşmasına və ya oksigen balonunun partlamasına işarə edən hər hansı fakt barəsində məlumat təqdim edilməyib. Qeyd olunub ki, saat 05:13:32-də hava gəmisinin əsas idarəetmə sistemləri sıradan çıxıb, 05:21:42-də Qroznıdakı dispteçer “Kovyor” əməliyyatı barədə məlumat verib.

Xatırladaq ki, Bakı-Qroznı reysini həyata keçirən AZAL-a məxsus sərnişin təyyarəsi 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

İlkin məlumata görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.

Son xəbərlər

Orphus sistemi