Bakı. 17 oktyabr. REPORT.AZ/ 500 mm-lik magistral kəmərdə baş vermiş qəza ilə əlaqədar Nərimanov və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilməsində fasilə yaranıb.
Bu barədə “Report”a “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.
Qurum rəsmisinin sözlərinə görə, hazirda Baki Sukanal və Nərimanov Sukanal idarələrinin əməkdaşları hadisə yerində işləyir.