Nərimanov rayonunda problemli yolların təmirinə başlanılıb

Nərimanov rayonunda problemli yolların təmirinə başlanılıb Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) rayon ərazisində təmirə ehtiyacı olan daha 9,15 km uzunluğa malik küçə və yollarda təmir işlərinin aparılmasına başlayıb.
İnfrastruktur
4 May , 2020 12:39
Nərimanov rayonunda problemli yolların təmirinə başlanılıb

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi (AAYDA) rayon ərazisində təmirə ehtiyacı olan daha 9,15 km uzunluğa malik küçə və yollarda təmir işlərinin aparılmasına başlayıb.

“Report” quruma istinadən xəbər verir ki, proqrama uyğun olaraq ayrılmış vəsait hesabına, Nərimanov rayonunun ümumi uzunluğu 3,4 km olan Əliyar Əliyev, Asif Məmmədov və Aşıq Qərib küçələrinin, həmçinin “Daş karxanası”nın 1,2 km-lik yollarının, ümumi uzunluğu 3,6 km olan Böyükşorun “DYUA” və “40-cı rezervuar” yaşayış massivlərinin, o cümlədən “205-ci məhəllə”sinin yollarının, bundan başqa Elçin İsaqzadə adına y/massivinin 0,5 km-lik yolunun, “Qarametal emalı” y/məhəlləsində isə ümumi uzunluğu 0,56 km olan Süphan Ələsgərov və Rəhim Şıxəliyev küçələrinin təmiri nəzərdə tutulurdu. Ümumilikdə təmir işlərinin əhatə edəcəyi sahə 15 min kv.m-dir.

Təmir işləri əsasən uzun müddət əsaslı şəkildə bərpa olunmadan istismar olunan, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılır.

Artıq sözügedən işlər çərçivəsində Nərimanov rayonu üzrə 1,2 km-lik “Daş karxanası”, 1,4 km-lik Böyükşorun “40-cı rezervuar” y/massivinin, həmçinin “Qarametal emalı” y/məhəlləsində isə ümumi uzunluğu 0,56 km olan Süphan Ələsgərov və Rəhim Şıxəliyev küçələrinin təmiri aparılaraq yekunlaşdırılıb. 2,5 km-lik Əliyar Əliyev, 0,4 km-lik Asif Məmmədov küçələrində, həmçinin Böyükşorun “205-ci məhəllə”sinin 1,15 km-lik yollarında və Elçin İsaqzadə adına y/massivinin 0,5 km-lik yolunda isə hazırda təmir işləri davam etdirilir.

Ümumilikdə aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə köhnə örtük sökülür və yararsız qrunt qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirilir. Daha sonra isə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.

İşlərin yekunlaşması ardıcıllığına uyğun investisiya proqramına əsasən, Nərimanov rayonunun təmiri nəzərdə tutulmuş Böyükşor “DYUA” y/massivinin 1 km-lik yolunda və 0,5 km-lik Aşıq Qərib küçəsində də təmir işlərinin aparılması nəzərdə tutulur.

Qeyd olunan ərazilərdə təmir işlərinin həcmi ilkin olaraq ayrılmış vəsait hesabına aparılır. Növbəti mərhələlərdə sərəncam və investisiya proqramı ilə ayrılacaq vəsaitə uyğun, Nərimanov rayonu üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi