​Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi I Avropa Oyunlarına hazırlaşır

​Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi I Avropa Oyunlarına hazırlaşır Bakı şəhərinin avtomobil yollarında idmançılar, işçi heyət və qonaqlar üçün xüsusi hərəkət zolaqları ayrılacaq
İnfrastruktur
23 Yanvar , 2015 17:40
​Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi I Avropa Oyunlarına hazırlaşır

Bakı. 23 yanvar. REPORT.AZ/ Bu ilin iyun ayında Azərbaycan paytaxtında I Avropa Oyunlarının (Baku-2015) təşkili ilə əlaqədar idman yarışlarının keçiriləcəyi məkanlara daha tez və vaxtında çatmaq üçün işçi heyəti, idmançılar, qonaqlar üçün ekspress marşrutlar, yəni ictimai nəqliyyat vasitələri təşkil olunacaq. Bu barədə "Report"a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Avropanın ilk Olimpiya Oyunları ilə bağlı idman yarışlarının keçiriləcəyi ərazilərdə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən işlənib hazırlanmış plana əsasən, yollarda xüsusi hərəkət zolaqları ayrılacaq ki, bu yol zolaqlarından yalnız idmançılar, işçi heyət, qonaqlar istifadə edəcəklər. "Bu isə o deməkdir ki, həmin ərazilərdə yollar bağlanmayacaq. Əhali yolun digər zolağından istifadə edə biləcək. Yaxın zamanlarda I Avropa Oyunları ilə əlaqədar Bakı 2015 Avropa Oyunları Təşkilat Komitəsi ilə birlikdə "Avto FM" radiokanalında yeni layihənin həyata keçirilməsi də planlaşdırılır", - Mərkəzdən bildirilib.

Avropa olimpiadası ilə bağlı Oyunların keçiriləcəyi istiqamətlər üzrə əsas marşrutlar və idman obyektlərinə marşrutlar müəyyən olunub. Nəzərdə tutulan idman obyektləri üzrə bütün marşrutlar və əsas marşrut üzrə hərəkət üçün işlər yerinə yetirilib. Hazırda bu obyektlərlə bağlı Bakı 2015 Avropa Oyunları Təşkilat Komitəsi (BEGOC) ilə birgə test işləri həyata keçirilir. Hər bir obyekt üzrə marşrutun oyunlar zamanı necə fəaliyyət göstərməsi üçün təhlil aparılır və əlavə işlərin görülməsi üçün tədbirlər görülür.

NİİM-dən əlavə ediblər ki, intellektual nəqliyyat sistemi çərçivəsində qurulan avtobus dayanacaqlarının Mərkəzlə əlaqəsi var və onların normal qaydada işləməsi üçün daimi nəzarət olunur: "Paytaxta gətirilən yeni avtobusların sistemə qoşulma prosesi, bort avadanlıqlarının quraşdırılması ilə bağlı işlər də NİİM tərəfindən görülür".

Son xəbərlər

Orphus sistemi