​Nəqliyyat Nazirliyinin səlahiyyəti azaldılıb

​Nəqliyyat Nazirliyinin səlahiyyəti azaldılıb Dəyişikliklə bağlı Prezident İlham Əliyev fərman imzalayıb
İnfrastruktur
17 Mart , 2016 17:56
​Nəqliyyat Nazirliyinin səlahiyyəti azaldılıb

Bakı. 17 mart. REPORT.AZ/ “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilib.

"Report" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

İndiyədək nəqliyyat-yol kompleksinə daxil olan dövlət müəssisələrinin rəhbərlərinin təyinatı ilə bağlı və qanunvericiliklə müəyyən edilmiş qaydada nəqliyyat-yol kompleksinin dövlət müəssisə və təşkilatlarının əsas vəsaitlərinin balansdan balansa verilməsinə dair rəy vermək səlahiyyəti yalnız Nəqliyyat Nazirliyində idi.

Fərmana əsasən, bundan sonra Nəqliyyat Nazirliyinin nəqliyyat-yol kompleksinə daxil olan dövlət müəssisələrinin rəhbərlərinin təyinatı ilə bağlı və qanunvericiliklə müəyyən edilmiş qaydada nəqliyyat-yol kompleksinin dövlət müəssisə və təşkilatlarının əsas vəsaitlərinin balansdan balansa verilməsinə dair rəyi Azərbaycan Prezidenti tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla veriləcək.

Son xəbərlər

Orphus sistemi