Nəqliyyat Nazirliyində ​I Avropa Oyunları ilə bağlı iclas keçirilib

Nəqliyyat Nazirliyində ​I Avropa Oyunları ilə bağlı iclas keçirilib Sərnişindaşıma xidmətlərinin vəziyyəti və çatışmazlıqlar haqqında daşıyıcılarla müzakirələr aparılıb
İnfrastruktur
29 Aprel , 2015 18:16
Nəqliyyat Nazirliyində ​I Avropa Oyunları ilə bağlı iclas keçirilib

Bakı. 29 aprel. REPORT.AZ/ I Avropa Oyunlarına hazırlıq məqsədilə Bakı şəhərində avtobus və taksi ilə sərnişindaşıma fəaliyyəti göstərən iri daşıyıcılarla Nəqliyyat Nazirliyində görüş keçirilib.

"Report" xəbər verir ki, Nəqliyyat Nazirliyinin yaydığı məlumata görə, görüş zamanı sərnişindaşıma xidmətlərinin mövcud vəziyyəti və çatışmazlıqlar daşıyıcılarla ətraflı şəkildə müzakirə edilib və onların aradan qaldırılması, həmçinin tətbiq olunan yeniliklər barədə rəy və təkliflər dinlənilib.

Oyunlar zamanı nümunəvi xidmətin təşkili məqsədilə nazirliyin aidiyyəti struktur bölmələrinə və daşıyıcılara müvafiq tapşırıqlar verilib.

Son xəbərlər

Orphus sistemi