Neftçala rayonunun içməli su təchizatı yaxşılaşdırılacaq

Neftçala rayonunun içməli su təchizatı yaxşılaşdırılacaq Azərsu ASC Şirvan-Muğan su kəmərindən Neftçala rayonuna su verməyi planlaşdırır.
İnfrastruktur
10 İyul , 2019 13:52
Neftçala rayonunun içməli su təchizatı yaxşılaşdırılacaq

"Azərsu" ASC Şirvan-Muğan su kəmərindən Neftçala rayonuna su verməyi planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə qurumun mətbuat katibi Anar Cəbrayıllı jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bunun üçün uzunluğu 40 km-ə yaxın magistral su xəttinin çəkilməsi planlaşdırılır: “Bununla bağlı layihə təsdiqlənib, işlərə bu il başlanılsa da, gələn il yekunlaşdırılacaq və Neftçala sakinləri bu sudan istifadə edə biləcəklər. Hazırda rayonun əhalisi Kür çayının qismən təmizlənmiş suyundan istifadə edir”. 

Son xəbərlər

Orphus sistemi