Nazirlik rəsmisi: "Qarabağda 13 avtomobil yolundan 9-u üzrə işə başlanılıb"

Nazirlik rəsmisi: "Qarabağda 13 avtomobil yolundan 9-u üzrə işə başlanılıb" "Azərbaycanın işğaldan azad edilmiş ərazilərində tikintisi və yenidən qurulması nəzərdə tutulan 13 avtomobil yolundan 9-u üzrə işlərə başlanılıb, 1 layihə üzrə isə mobilizasiya işləri aparılır".
İnfrastruktur
27 Yanvar , 2022 11:08
Nazirlik rəsmisi: Qarabağda 13 avtomobil yolundan 9-u üzrə işə başlanılıb
Aida Bədəlova

"Azərbaycanın işğaldan azad edilmiş ərazilərində tikintisi və yenidən qurulması nəzərdə tutulan 13 avtomobil yolundan 9-u üzrə işlərə başlanılıb, 1 layihə üzrə isə mobilizasiya işləri aparılır".

"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Aida Bədəlova deyib.

"Prezident İlham Əliyev yerli televiziyalara müsahibəsində işğaldan azad edilmiş ərazilərdə yolların inşasına, eyni zamanda, şəhərlərarası yolların – Göygöl və Kəlbəcər, Kəlbəcər və Laçın arasında tikilən tunellərə, Bərdə-Ağdam, Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yollarına xüsusi diqqət ayırıb. Bu layihələrin həm strateji, həm də turizm nöqteyi-nəzərindən çox önəmli olacağını vurğulayıb",- o əlavə edib.

Son xəbərlər

Orphus sistemi