Nazirlik: “Regionlardan Bakıya gəlmək istəyənlər bileti onlayn ala biləcəklər”

Nazirlik: “Regionlardan Bakıya gəlmək istəyənlər bileti onlayn ala biləcəklər” “Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) yalnız Bakıdan regionlara bilet satışı həyata keçirir. Əks istiqamətdə şəhərlərarası biletləri müvafiq avtovağzallardan əldə etmək mümkündür”.
İnfrastruktur
364
14 Yanvar , 2022 13:09
Nazirlik: “Regionlardan Bakıya gəlmək istəyənlər bileti onlayn ala biləcəklər”

“Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) yalnız Bakıdan regionlara bilet satışı həyata keçirir. Əks istiqamətdə şəhərlərarası biletləri müvafiq avtovağzallardan əldə etmək mümkündür”.

Bunu “Report”un sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) bildiriblər.

Nazirliyin açıqlamasında deyilir ki, AYNA informasiya sistemi yaradıldıqdan sonra bu problem həll ediləcək:

“Yaxın gələcəkdə avtomobil nəqliyyatı sahəsində xidmətlərin elektron formada göstərilməsini təmin edən və innovativ həllərin tətbiqinin genişləndirilməsinə xidmət edən “AYNA” informasiya sistemi istifadəyə verildikdən sonra informasiya sistemləri vahid mərkəzdə cəmlənəcək. AYNA informasiya sisteminin tətbiqi nəticəsində ölkə üzrə sərnişin və yükdaşımaları barədə əldə edəcəyimiz müfəssəl məlumat bazası avtomobil nəqliyyatı sahəsində daha effektiv tənzimləmə normalarının tətbiqinə də imkan yaradacaq. Bundan sonra respublikanın bütün şəhər və rayonlarına hər iki istiqamətdə bilet satışı həyata keçirmək mümkün olacaq”.

Nazirlik həmçinin BBAK-ın saytında Naxçıvan avtobus marşrutu ilə edilən səfərlərin beynəlxalq reys kimi qeyd edilməsinə də aydınlıq gətirib:

“Bakı-Naxçıvan marşrutu İran İslam Respublikasının ərazisindən keçdiyi üçün beynəlxalq reyslər siyahısına əlavə edilib. Qeydiyyat xarici ölkələrə səfərlərdə olduğu kimi ümumvətəndaş pasportları ilə aparılır. Həmçinin reysi həyata keçirən daşıyıcılar da beynəlxalq səfərlər üçün nəzərdə tutulan icazələrlə təmin edilirlər”.

Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzalının saytından onlayn bilet satışı ancaq Bakıdan olan istiqamətlərə var. Yəni Bakıdan rayonlara getmək istəyən şəxslər bu sayt vasitəsi ilə onlayn bilet ala bilər. Amma regionlardan paytaxta gəlmək istəyənlər isə yalnız həmin rayonun avtovağzalından bilet əldə edə bilər.

Son xəbərlər

Orphus sistemi