Nazirlik 7 rayonda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün ev alır

Nazirlik 7 rayonda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün ev alır Mənzillər Yevlax, Siyəzən, Masallı, Qax, Qəbələ, Ağdaş rayonlarında və Mingəçevir şəhərində alınır
İnfrastruktur
303
10 İyul , 2021 11:36
Nazirlik 7 rayonda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün ev alır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə Yevlax, Siyəzən, Masallı, Qax, Qəbələ, Ağdaş rayonlarında və Mingəçevir şəhərində mənzillərin satın alınması üçün 7 açıq tender elan edib.

“Report” xəbər verir ki, iddiaçılar ilkin sənədləri avqustun 4-ü, saat 15:00-a qədər, tender təklifi və onun dəyərinin 1 %-i qədər bank təminatını isə avqustun 12-si, saat 15:00-a qədər dövlət satınalmalarının vahid internet Portalı vasitəsi ilə təqdim edə bilərlər. Telefon: (012) 596-44-09.

Nəticələr avqustun 13-ü, saat 15:00-da Portalda açıqlanacaq.

Son xəbərlər

Orphus sistemi