​Nazirlər Kabineti Dənizkənarı Bulvar İdarəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısını təsdiqləyib

​Nazirlər Kabineti Dənizkənarı Bulvar İdarəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısını təsdiqləyib Siyahıya Dövlət Bayrağı Muzeyi, “Sahil Xidməti” MMC, “Dənizkənarı Milli Park” MMC daxil olunub
İnfrastruktur
24 İyun , 2016 01:51
​Nazirlər Kabineti Dənizkənarı Bulvar İdarəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısını təsdiqləyib

Bakı. 24 iyun. REPORT.AZ/ Nazirlər Kabineti “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslər, təşkilatlar və sair) Siyahısı”nı təsdiq edib. "Report" xəbər verir ki, siyahıya büdcədən maliyyələşdirilən qurumlar: - Dövlət Bayrağı Muzeyi və kommunal xidmət, təmir və dənizkənarı bulvar ərazisinin mühafizəsi müəssisəsi, habelə təsərrüfathesablı təşkilatlar: - “Sahil Xidməti” MMC və “Dənizkənarı Milli Park” MMC daxil olunub.

Qeyd edək ki, bununla əlaqədar ”Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” 2014-cü ilin 12 mart tarixli qərarı ləğv olunub.

Həmin qərara əsasən Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına Dövlət Bayrağı Muzey, "Sahil xidməti" MMC və Kommunal xidmət, təmir və kompleksin mühafizəsi müəssisəsi daxil olub.

Son xəbərlər

Orphus sistemi