Nazir müavini: "Tramvay xətlərinin çəkilməsi müzakirə edilmir"

Nazir müavini: "Tramvay xətlərinin çəkilməsi müzakirə edilmir" Bakıda tramvay xətlərinin çəkilməsi ilə bağlı məsələ hazırda müzakirə edilmir.
İnfrastruktur
18 Dekabr , 2023 12:17
Nazir müavini: Tramvay xətlərinin çəkilməsi müzakirə edilmir

Bakıda tramvay xətlərinin çəkilməsi ilə bağlı məsələ hazırda müzakirə edilmir.

"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov "Azərbaycanda mobilliyin transformasiyası proqramı"nın təqdimatında bildirib.

"Bakının Baş Planında tramvay xətlərinin olması nəzərdə tutulur. Amma ictimai nəqliyyatın inkişafı ilə bağlı aparılan müzakirələrdə tramvay xətlərinin çəkilməsi ilə bağlı hər hansı bir konkret fikir yoxdur. Bu qətiyyən o demək deyil ki, biz bu məsələyə qayıtmayacağıq və tramvay xətlərinin çəkilməsi ilə bağlı məsələ diqqətdən kənardır. Sadəcə bu məsələ müəyyən ərazilərin olmasını tələb edir", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi