Nazir müavini: "Taksilərdə əlavə cihazın quraşdırılmasına ehtiyac görmürük"

Nazir müavini: "Taksilərdə əlavə cihazın quraşdırılmasına ehtiyac görmürük" "Taksilərdə proses telefonla idarə olunduğu üçün hansısa əlavə cihazın quraşdırılmasına ehtiyac görmürük".
İnfrastruktur
24 iyun 2023 07:45
Nazir müavini: Taksilərdə əlavə cihazın quraşdırılmasına ehtiyac görmürük

"Taksilərdə proses telefonla idarə olunduğu üçün hansısa əlavə cihazın quraşdırılmasına ehtiyac görmürük".

"Report" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

"Eyni zamanda hansısa vətəndaş smartfondan istifadə etmədikdə cihaz quraşdırılması mümkündür", - deyə o qeyd edib.

Nazir müavini reys qabağı müayinə məsəsləsinə də diqqət çəkib: "Reys qabağı müayinə dedikdə sürücünün temperaturunun ölçülməsi, onun alkoqol qəbul edib-etməməsinin yoxlannılması nəzərdə tutulur. Başqa ölkələrin təcrübəsi nəzərə alınaraq burda müasir avadanlıqlarla nəzarət tətbiq ediləcək. Qarajlarda xüsusi avadanlıqlar vasitəsilə sürücülər tibbi müayinədən keçiriləcək", - deyə R.Hümbətov əlavə edib.

Son xəbərlər

Orphus sistemi