Nazir müavini: “Gürcüstan hökuməti “Orta dəhliz”in təşviqi üçün fəal iş aparır”

Nazir müavini: “Gürcüstan hökuməti “Orta dəhliz”in təşviqi üçün fəal iş aparır” “Gürcüstan hökuməti Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (“Orta Dəhliz” – red.) təşviqi üçün fəal iş aparır”.
İnfrastruktur
14 İyun , 2019 14:26
Nazir müavini: “Gürcüstan hökuməti “Orta dəhliz”in təşviqi üçün fəal iş aparır”

“Gürcüstan hökuməti Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (“Orta Dəhliz” – red.) təşviqi üçün fəal iş aparır”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Akaki Saqiraşvili Tbilisidə keçirilən beynəlxalq loqistika konfransında bildirib.

Onun sözlərinə görə, ölkədə bir sıra infrastruktur layihələri reallaşdırılır: “Məqsədimiz Gürcüstanı bölgədə haba çevirməkdir. Konfrans “Orta dəhliz”in beynəlxalq daşıyıcılar və loqistika şirkətləri arasında təşviqinə dəstək verəcək”.

Nazir müavini Gürcüstanda həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri və beynəlxalq daşıyıcı şirkətlər üçün təqdim olunan imkanlar barədə danışıb.

Konfransa yüzdən çox ölkədən nəqliyyat və loqistika sahəsini təmsil edən 150-yə yaxın nümayəndə qatılıb. Tədbir çərçivəsində müzakirələr və B2B görüşlər keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi