Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) yaratdığı AYNA İnformasiya Sistemi yaxın vaxtlarda istifadəyə veriləcək.
"Report" xəbər verir ki, bunu nazir müavini Rəhman Hümmətov bildirib.
"Yeni sistem AYNA-nın fəaliyyətini daha da təkmilləşdirməyə kömək edəcək. Bununla bağlı prezidentin sərəncamında bölmə var idi. Artıq biz işləri başa çatdırmışıq və tezliklə bu sistem istifadəyə veriləcək. Təcrübə göstərir ki, belə sistem dövlət qurumlarının işini daha da asanlaşdırır", - o deyib.
Xatırladaq ki, AYNA İnformasiya Sistemi avtomobil nəqliyyatı sahəsində xidmətlərin elektron formada göstərilməsini, habelə məlumatların əlçatanlığını təmin etmək məqsədi ilə yaradılır.