Nazir: “Gürcüstanın dəmir yollarının özəlləşdirilməsi planlaşdırılmır”

Nazir: “Gürcüstanın dəmir yollarının özəlləşdirilməsi planlaşdırılmır” Tbilisi. 29 yanvar. REPORT.AZ/ “Gürcüstanın dəmir yollarının özəlləşdirilməsi planlaşdırılmır”.
İnfrastruktur
29 yanvar 2019 12:50
Nazir: “Gürcüstanın dəmir yollarının özəlləşdirilməsi planlaşdırılmır”
0 : 00
0 : 00

Tbilisi. 29 yanvar. REPORT.AZ/ “Gürcüstanın dəmir yollarının özəlləşdirilməsi planlaşdırılmır”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Kobulia bildirib.

O deyib ki, dəmir yollarına özəl operatorların buraxılması nəzərdə tutulub: “Bu, dəmir yollarının yenidən qurulması və modernləşdirilməsi layihəsinə daxildir. Özəl operatorların dövlət dəmir yollarına buraxılması dedikdə, əgər bir şirkətin vaqon parkı varsa, ona bizim dəmir yollarına buraxılması imkanının verilməsi nəzərdə tutulur. Məsələn, əgər şirkətin öz yükü, vaqon parkı və lokomotivi varsa, o, bizim infrastrukturdan istifadə edə bilər”.

“Gürcüstan Poçtu” dövlət müəssisəsinin özəlləşdirilməyə çıxarılacağına gəlincə, G.Kobulia bununla bağlı layihənin hazırlıq mərhələsində olduğunu bildirib. 

Son xəbərlər

Orphus sistemi