Nazir: "Bu cür sərgilər Azərbaycana böyük investorları cəlb edəcək"

Nazir: "Bu cür sərgilər Azərbaycana böyük investorları cəlb edəcək" Nəqliyyat naziri Ziya Məmmədov Bakıda keçirilən beynəlxalq daşınmaz əmlak və investisiya sərgisinin əhəmiyyətini şərh edib
İnfrastruktur
22 Noyabr , 2016 12:18
Nazir: Bu cür sərgilər Azərbaycana böyük investorları cəlb edəcək

Bakı. 22 noyabr. REPORt.AZ/ "Bu cür sərgilərin keçirilməsi nəticəsində dünyada mövcud olan böyük investorlar perspektivdə Azərbaycana gələcəklər".

"Report"un məlumatına görə, bunu nəqliyyat naziri Ziya Məmmədov "RecExpo II – Azərbaycanın Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya" sərgisində jurnalistlərə açıqlamasında bildirib.

Nazir qeyd edib ki, bu cür böyük şirkətlərin ölkəyə cəlb edilməsi investisiya yatırımı baxımından Azərbaycan üçün çox faydalıdır: "Dövlət başçısının rəhbərliyi ilə Azərbaycanda əlverişli investisiya mühiti yaradılıb. Burada iştirak edən xarici şirkətləri əməkdaşlığa dəvət edirik".

Son xəbərlər

Orphus sistemi