Naxçıvanı BTQ ilə birləşdirəcək xəttin tikintisinə bu il başlanacaq

Naxçıvanı BTQ ilə birləşdirəcək xəttin tikintisinə bu il başlanacaq Bu xətt İran, Əfqanıstan və Pakistanla birləşdiriləcək
İnfrastruktur
295
21 Mart , 2021 13:56
Naxçıvanı BTQ ilə birləşdirəcək xəttin tikintisinə bu il başlanacaq

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin Naxçıvan dəmir yollarına birləşdirilməsinə bu il başlanacaq.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, Azərbayacanın Qarabağ müharibəsində qələbəsindən sonra layihənin sürətləndirilməsi qərarı qəbul edilib. Belə ki, layihə çərçivəsində Qars-İğdır-Naxçıvan istiqamətində 230 kilometr uzunluğunda dəmir yolu xətti çəkiləcək. Bu xətt İran, Əfqanıstan və Pakistanla birləşdiriləcək.

Xatırladaq ki, BTQ 30 oktyabr 2017-ci ildə açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir. BTQ dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.

Ümumi uzunluğu 846 kilometr olan BTQ-nin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi