Naxçıvan-Məşhəd hərəkət cədvəli və dövriliyi dəyişir

Naxçıvan-Məşhəd hərəkət cədvəli və dövriliyi dəyişir Bakı. 16 mart. REPORT.AZ/ Novruz bayramı ərəfəsində 16/15 saylı Naxçıvan - Məşhəd - Naxçıvan beynəlxalq sürət qatarının hərəkət cədvəlində və dövriliyində dəyişiklik ediləcək.
İnfrastruktur
16 Mart , 2018 14:37
Naxçıvan-Məşhəd hərəkət cədvəli və dövriliyi dəyişir

Bakı. 16 mart. REPORT.AZ/ Novruz bayramı ərəfəsində 16/15 saylı Naxçıvan - Məşhəd - Naxçıvan beynəlxalq sürət qatarının hərəkət cədvəlində və dövriliyində dəyişiklik ediləcək.

“Report” “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir ki, qatar martın 18-dən aprelin 1-nə qədər həftədə iki dəfə - həftənin VII və IV günləri saat 11:40-da Naxçıvandan yola düşəcək, həftənin V və I günləri saat 19:25-də Məşhədə çatacaq.

Bundan başqa, qatar martı 17-dən aprelin 3-nə qədər əşhəddən həftənin VI və II günləri saat 00:30-da yola düşəcək, həftənin VII və III günləri saat 08:45-də Naxçıvana çatacaq. 

Son xəbərlər

Orphus sistemi