Naxçıvan-Bakı reysi ilə uçan təyyarə nasazlıqla eniş edib

Naxçıvan-Bakı reysi ilə uçan təyyarə nasazlıqla eniş edib “Azərbaycan Hava Yolları" aviaşirkətinin Naxçıvan-Bakı reysi (J2-256) üzrə uçan təyyarəsinin göyərtəsində salonun hermetikliyinin pozulmasını göstərən sensorun işə düşməsi nəticəsində oksigen maskaları açılıb.
İnfrastruktur
23 oktyabr 2022 16:18
Naxçıvan-Bakı reysi ilə uçan təyyarə nasazlıqla eniş edib

“Azərbaycan Hava Yolları" aviaşirkətinin Naxçıvan-Bakı reysi (J2-256) üzrə uçan təyyarəsi nasazlıq səbəbindən eniş edib.

Bu barədə "Report"a “Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, təyyarənin göyərtəsində salonun hermetikliyinin pozulmasını göstərən sensorun işə düşməsi nəticəsində oksigen maskaları açılıb. Təyyarə yerli vaxt ilə saat 20:01-də ştat rejimində Heydər Əliyev Beynəlxalq Hava Limanına eniib.

Hazırda Bakı aeroportunun texniki xidməti hava gəmisinin yoxlanışını həyata keçirir.

Son xəbərlər

Orphus sistemi