Bakı. 17 yanvar. REPORT.AZ/ 2018-ci ildə Naxçıvandan Bakıya 14 693, Bakıdan Naxçıvana isə 15 043 sərnişin daşınıb.
“Report” xəbər verir ki, bu barədə Naxçıvan MR-nın
Qeyd edilib ki, hesabat dövründə İran ərazisindən keçməklə Naxçıvan-Bakı-Naxçıvan marşrutunda işləyən avtobusların fasiləsiz fəaliyyət göstərməsi təmin edilib.
Bundan başqa, ötən il noyabrın 1-dən etibarən avtomobil nəqliyyatı ilə sərnişin daşınmasını həyata keçirən sürücülərə lisenziya verilməsinə başlanılıb. 2 ay ərzində 33 sahibkar lisenziya ilə təmin olunub.
Həmçinin hesabat dövründə muxtar respublika daxilində sərnişindaşıma xidmətinin səviyyəsi daha da yüksəldilib, fəaliyyətdə olan 139 marşrut xəttində 399 ədəd avtobusla rayon mərkəzləri və kəndlərin hamısı marşrutla təmin edilib.